Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər.
Bunu RİA "Novosti" agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev bildirib.
"Əgər OPEC və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bilirsiniz ki, biz sutkalıq hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Prosesə artıq başlanılıb. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər əlavə olaraq hasilatın azaldılmasına dair qərar qəbul olunarsa, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik. Hesab edirəm ki, bu prosesdə bütün ölkələr həmrəy olmalıdır", - deyə prezident bildirib.
Hasilatın azaldılmasına dair qəbul olunan qərarın müddətinin uzadılmasına dair suala prezident bu cür cavab verib: "Bu qərar hazırkı qərarın icra olunması ilə bağlıdır. Əgər qiymətlər stabilləşərsə, necə ki indi bu prosesi müşahidə edirik, fikrimcə, əlavə olaraq hasilatın azaldılmasına ehtiyac qalmayacaq".
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































