Xalq artistinin qızının toyu olmayacaq- “Faciə idi...”
10 Sentyabr 11:11
"Gələn ilin oktyabr ayında ölkədə əhalinin siyahıya alınması keçiriləcək və bununla bağlı hazırlıq işləri görülür".
Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, oktyabrın 1-dən 10-dək Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib.
T.Budaqov vurğulayıb ki, burada metodoloji materiallar, siyahıyaalınma vərəqələrinin müasir tələblərə uyğunluğu yoxlanılır: "Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir". Report