BMW  yanğın təhlükəsi səbəbindən təxminən 190 min avtomobil geri çağırılır

BMW  yanğın təhlükəsi səbəbindən təxminən 190 min avtomobil geri çağırılır

BMW, yanğın təhlükəsi səbəbindən Almaniyada 3, 5 və 7-ci seriyadan olan 189 130 avtomobili geri çağırır. Oxuməni.az xəbər verir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi (KBA) məlumat verib.

Səbəb, suya qarşı kifayət qədər qorunmayan starter relesi olub. Nəmin hissənin içinə uzun müddət təsir etməsi nəticəsində kontaktlarda korroziya əmələ gələ bilər ki, bu da qısa qapanmaya səbəb ola bilər. Nəticədə yanğın təhlükəsi yaranır.

Geri çağırma 29 iyul 2014-cü il tarixindən 12 noyabr 2020-ci il tarixinədək istehsal edilmiş avtomobillərə aiddir. 3-cü seriya üçün bu, F30 nəslini və növbəti G20 nəslinin ilk avtomobillərini əhatə edir. 5-ci seriya üçün F10 və G30 nəslinin avtomobilləri, 7-ci seriya üçün isə F01/F02 və G11/G12 nəslinin avtomobilləri bu kampaniyaya daxildir.

Qeyd olunan seriya və istehsal illərinə aid avtomobil sahiblərinə, geri çağırmanın konkret avtomobilə aid olub-olmadığını VIN kodu ilə dəqiqləşdirmələri tövsiyə olunur. Zərurət yarandığı təqdirdə, BMW suyun daxil olması ilə bağlı problemi aradan qaldırmaq üçün starteri dəyişəcək.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

2026.09.01

2026.08.31

2026.08.30

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az