Azərbaycan Milli Kitabxanasının ən qədim kitabı 1573-cü ilə aiddir. Latın dilində olan bu əsər Hollandiyada çap edilib. Bundan başqa, kitabxanada 1920-ci ilə qədər çap edilmiş 5 minə yaxın kitab saxlanılır. Məhz bu qədim eksponantlara görə turistlərin kitabxanaya marağı böyükdür.
Xəzər Xəbər-in məlumatına görə, 445 il əvvəl çap edilən bu kitab indi Azərbaycan Milli Kitabxanasının ən qədim ekponatıdır. Bu kitab hələ sovet dövründən əvvəl ölkəmizə gətirilib.
Nadir Kitablar və Kitabxana muzeyi şöbəsinin müdiri Gülsəyidə Abdullayevanın sözlərinə görə, bu və bunun kimi digər kitablar xüsusi qaydada qorunur, onlara toxunulmasına icazə verilmir.
Kitabaxanada saxlanılan ikinci ən qədim kitab isə 423 il əvvəl nəşr edilib. Almanca olan bu kitabda Osmanlı İmperyasından bəhs edilir.
Qeyd edək ki, burada saxlanılan kitabların 95%-i elektronlaşdırılıb və istənilən şəxs onlardan rahatlıqla istifadə edə bilər.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































