Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub.
ATU-nun Mətbuat xidmətindən musavat.com-averilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.
Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnindəykən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranır: "Uşaq doğulduqdan sonra pediatrik kardioloqumuz doktor Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verdik".
İki saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək-ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb. Uşağın bədən temperaturu 32 dərəcəyədək soyudulub, ürəyi dayandırılıb. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər üç defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırılıb. Uşağ süni ürək-ağciyər aparatından ayrılaraq əməliyyat başa çatdırılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































