Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Ulu öndər Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş "İki dahi oğlu..." adlı film çəkilib.
Filmin ideya müəllifi və rejissoru Qırğızıstanın əməkdar mədəniyyət xadimi Zamir Eraliyevdir. Filmdə Ulu öndərin türk dünyasının birləşməsində olan misilsiz xidmətlərindən söz açılır.
Filmdə 2008-ci ildə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü və təşkilatçılığı ilə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfəri geniş işıqlandırılıb. Titrlərdə, yaradıcılıq qrupu filmin ərsəyə gəlməsinə dəstək vermiş Qırğızıstan Respublikası Prezident Aparatının rəhbəri Dosalı Esenaliyevə, Qırğızıstan Dövlət Kadr xidmətinin direktoru Akram Madumarova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə müdiri, polkovnik Səftər Hacıyevə, Azərbaycan Respublikası Prezident Administrasiyasının mətbuat xidməti şöbəsinin çəkiliş bölməsinin müdiri Ədalət Abbasova, Azərbaycan Prezidenti Administrasiyası ictimai siyasi şöbənin xaricdə yaşayan azərbaycanlılarla iş böməsinin müdiri Qafar Əliyevə, Bişkekdə fəaliyyət göstərən AQUA LAB firmasına və Lina firmasına öz təşəkkürünü bildirib.
Filmin təqdimatı fondun Bakıda keçirməyi planlaşdırdığı silsilə tədbirlər çərçivəsinə həyata keçiriləcək.
Xatırladaq ki, Fond bu il noyabr ayının 17-20 tarixində Qırğızıstanın, Qazaxıstanın, Rusiyaın tanınmış dövlət, siyasi, elm və ədəbiyyat xadimlərinin iştirakı ilə "Türk dünyasının iki dahi oğlu" adı altında silsilə tədbirlər keçirməyi nəzərdə tutur. (kult.az)
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































