Macarıstanda evsizlərə-bomjlara küçələrdə gecələmək qadağan edilib.
Mediainfo.az-ın Nevvs.ru-ya istinadən verdiyi məlumata görə, Macarıstanda bomjların küçələrdə gecələməsini qadağan edən qanun qüvəyə minib. Bundan sonra bomjlar gecələr küçədə yata bilməyəcəklər və belə bir hərəkətə yol versələr cəzalandırılacaqlar. Onlara əvvəlcə 3 dəfə xəbərdarlıq ediləcək, buna məhəl qoyulmayacağı təqdirdə isə məcburi islah-əmək işlərinə cəlb ediləcək və ya 1-3 il müddətinə azadlıqdan məhrum olunacaqlar. Macarıstanda qüvvədə olan qanunlara görə bomjlar gecələmə evlərində qalmalıdırlar. Lakin Macarıstanda gecələmə evi yalnız 20 min nəfəri qəbul edə bilir. Təkcə Budapeştdə isə 30 min nəfərdən artıq bomj var.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































