Bu il məktəblərdə birinci sinfə qəbulda rus bölməsinə meyil edənlərin sayı çoxdur. Bu, məni narahat edən məsələdir. Hesab edirəm ki, bu, kökündən yanlış meyildir və qarşısı alınmalıdır. Mən Azərbaycan məktəblərində əsla rus dilinin tədris olunmasına qarşı deyiləm.
Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputatı Gövhər Baxşəliyeva deyib. Deputat əlavə edib ki, Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri və yüksək münasibətləri var:
"Amma rus dili xarici dil kimi tədris edilməlidir. Məktəblərdə rus dilinin tədrisi saatları artırıla bilər. Amma bütövlükdə birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır. Cənubi Azərbaycanda 35 milyon əhali ana dili təhsili uğrunda mübarizə aparır, amma biz sanki könüllü şəkildə ana dilindən imtina edirik. Hesab edirəm ki, birinci sinifdə təhsil dili ana dilində olmalıdır".(axar.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































