"Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi" Texniki Yardım layihəsinin 3-cü komponenti çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti Sloveniya Respublikasında təlim səfərində olublar.
Mediainfo.az-ın Təhsil nazirliyindən aldığı məlumata görə, təlimin məqsədi Azərbaycanda səriştə əsaslı təlim proqramının inkişafına və həyata keçirilməsinə dəstək verməküçün "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrasına əsasən, qeyri-formal və informal təhsil, yaşlıların təhsili, işəgötürənlərlə əməkdaşlıq, modul strukturlu səriştə əsaslı kurikulumların hazırlanması, iş yerində öyrənmə və digər istiqamətlərdə beynəlxalq təcrübələrin öyrənilməsi olub.
Səfər zamanı iştirakçılar Sloveniyanın Peşə Təhsili və Təlimi İnstitutu, bir sıra peşə təhsili müəssisələrində olub, işəgötürənlərlə görüşlərdə iştirak ediblər.
Peşə təhsili müəssiələrinə səfər zamanı iştirakçılar təhsil müəssisələrinin maddi- texniki bazası, tədris otaqları və emalatxanaları, nəzəri-praktiki təlim prosesinin birgə təşkili sistemi, təhsil proqramları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































