Xalqın sevimli şairi Musa Yaqub bu günlərdə Bakıya geri dönüb.
Bu barədə şair Musavat.com-a açıqlamasında bildirib. O, vəziyyətinin getdikcə yaxşılaşdığını deyib:
"Şükürlər olsun ki, babatam. Bu günlərdə Bakıya gəldim. Müalicəmi bundan sonra Bakıda davam edəcəm. Dostlarım hər zaman yanımda oldu. Bakıya döndükdən sonra bəzilərini hələ ki görməmişəm".
Şair yazdığı son şeirlərindən də söz açıb:
"Şeir yazıram, amma çox yavaş sürətlə. Hər kəsə çox sağ ol deyirəm ki, mənim üçün narahat oldular. Mənə elə gəlir ki, mənə xalq, el sevgisi kömək etdi, Pərvərdigar razılıq verdi ki, yenidən həyata qayıtdım".
Xatırladaq ki, şair Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmış və müalicəsi üçün doğulduğu İsmayıllının Buynuzlu kəndinə köçmüşdü.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































