Azərbaycanın əfsanəvi "Ağdam" şərabı Ukraynanın bazarlarında satışa çıxarılıb. Bu barədə AZƏRTAC-a Ukraynada fəaliyyət göstərən "Tovuz-Vino" şirkətinin rəhbəri Elimxan Mahmudov məlumat verib.
Onun sözlərinə görə, keçmiş Sovet İttifaqı dövründə ən çox satılan "Ağdam" şərabı Ukraynanın tanınmış "AŞAN", "NOVOS" "MEQA" hipermarketlərində, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki marketlərdə satışa çıxarılıb.
E.Mahmudov bildirib ki, "Az-Granata" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus "Ağdam" şərabına Ukrayna bazarında satışa çıxarılan ilk həftədən maraq artıb: "Keçmiş Sovet İttifaqı dövründə "Ağdam" şərabı məşhurluğu ilə tanındığından, bu gün də insanların bu şəraba marağı böyükdür. "Ağdam" portveyni ilk dəfə 1948-ci ildə istehsal olunub. Onun sovet ölkələri tərəfindən bu qədər sevilməsinin əsas səbəbi tərkibində spirtin miqdarının 19 dərəcə, şəkərin isə 8 faiz olması idi. Bu da onun içilməsini rahatlaşdırırdı".
Qeyd edək ki, Azərbaycana məxsus 50-yə yaxın adda şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində satışa çıxarılıb. Bunların arasında "Şuşa" brendi də məşhurdur. Yaxın vaxtlarda isə Azərbaycanın "Qarabağ" brendi şərabı Ukrayna bazarında satışa çıxarılacaq
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































