Sovet dönəmində Azərbaycan tarixinin 1920-30-cu illər dövrü ilə bağlı yol verilmiş saxtakarlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda silsilə dissertasiyaların müdafiəsinə başlanıb.
Mediainfo.az-a İnstitutdan verilən məlumata görə, "Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illəri)" adlı dissertasiya müdafiəsi keçirilib.
Dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru Aslan Xəlilov, elmi məsləhətçi isə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.
Ulu öndər Heydər Əliyev Azərbaycanın XX əsr tarixini belə xarakterizə edib: "XX əsr çox mürəkkəb bir əsrdir. Bu əsrdə dünyada və respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur".
A.Xəlilov tədqiqat işində Azərbaycan və Rusiyanın arxivlərindən geniş şəkildə istifadə edib.
Əsər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və ölkəmizdə siyasi sabitliyin möhkəmləndirilməsi məsələsinin vacibliyinin cəmiyyətimizin müxtəlif təbəqələrinə, xüsusilə, gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edir.
AMEA-nın Tarix İnstitutunda Azərbaycanın sovet dövrü tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. İnstitutda tarixçi alimlər İlqar Niftəliyev "Azərbaycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20-30-cu illəri)" və Firdovsiyyə Əhmədova "Mərkəzi Sovet hakimiyyətinin Azərbaycan siyasəti (XX əsrin 20-30-cu illəri)" mövzusunda araşdırma apararaq, doktorluq dissertasiyası yazırlar.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































