Sentyabrın 28-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Sərəncama əsasən, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və ölkəmizdə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif olunub.
Prezidentin Sərəncamına əsasən, baş prokuror Zakir Qaralov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Həmçinin dörd nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", yeddi nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 7 nəfər "Tərəqqi", 24 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































