Ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi ixtisasları üzrə yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş gənclər Miqrasiya Məktəbində iştirak üçün dəvət olunur.
Mediainfo.az-ın DMX -dən aldığı məlumata görə, məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə etmək mümkündür.
İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.
Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- CV;
- Qeydiyyat forması.
İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaqdır.
Proqramda iştirak üçün sənədlər 17 oktyabr 2018-ci il tarixədək elektron poçt ([email protected]) vasitəsilə qəbul olunur.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































