ARB telekanalında yayımlanan "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinin komandası ilə birlikdə bölgələrdə ezamiyyətdə olan aparıcı gecələmək istədiyi yolüstü moteldən rədd cavabı alıb.
A.Rahilqızı başına gələnləri belə şərh edib:
"Hər dəfə bölgələrə çəkilişlərə gedəndə otellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. Demək, iki operator, bir sürücü və mən 1 həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan hər dəfə qaldığımız oteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik. Qapıda dayanan kişiyə, bizə 1 gecəlik 2 otaq lazım olduğunu söylədim. "Üç kişi və mənəm" demişdim ki, kişi qaşlarını düyünləyib, "gecə vaxtı qadin xeylağını buraxa bilmərəm, gedin nikah kağızı gətirin", deyib, bizi geri qaytardı. Və biz yola davam etdik".
Qeyd edək ki, Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nigah kağızı təqdim etməyə borclu deyillər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































