Sentyabrın 22-də Belarus paytaxtı Minsk şəhərindəki administrasiya binasının yaxınlığında "Bakı bulvarı" Azərbaycan Mədəniyyət Festivalı keçiriləcək.
Festival Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə Minsk şəhər İcraiyyə Komitəsi, Belarusdakı "Azərbaycanlı İcmalar Konqresi" Beynəlxalq İctimai Birlik tərəfindən təşkil olunacaq. Festivalın ilk 100 nəfər qonağı pulsuz olmaqla plovun dadına baxacaq, milli ənənəvi şirniyyatların hazırlanması sirlərini öyrənəcək.
Festival Azərbaycanın ənənələri və görməli yerləri ilə tanışlıq, zərb alətləri ansamblının çıxışı, Bakı bazarı, xalça sərgisi və nərd oyunu ilə başlayacaq.
Bununla yanaşı, "Bakı bulvarı" çərçivəsində mükafatların oynanılacağı müsabiqələr və viktorinalar keçiriləcək. Əsas mükafat Bakıya ikinəfərlik bilet olacaq.
Bayram tədbirləri atəşfəşanlıqla başa çatacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































