Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) açılış mərasimi olub.
Mərasimdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov,Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri və məsul şəxsləri iştirak ediblər.
Aİİ-nin rektoru Ceyhun Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərildiyini vurğulayıb. O, Aİİ-nin yaradılmasını Prezidentin dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu qeyd edərək bu qərara görə bütün ilahiyyatçılar adından ölkə başçısına təşəkkürünü bildirib.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövləti din xadimlərini daim diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir.
Tədbirdə iştirak edən digər qonaqlar da çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqı və institut heyətini təbrik edib, yeni təhsil müəssisəsinin quruculucuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə inamlarını ifadə ediblər. (report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































