2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 27525 nikaha daxilolma halı qeydə alınıb.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müavini Leyla Kərimova məlumat verib.
DSK rəsmisi qeyd edib ki, nikaha daxil olan kişilər arasında ən gənci 18 yaşda, ən yaşlısı 89 yaşında olub:
"Ailə quran qadınlardan ən gənci 17 yaşda, ən yaşlısı isə 83 yaşda olub. Nikaha daxil olanların orta yaşı kişilər üçün 28,8, qadınlar üçün 24,2 yaş təşkil edib".
Qeyd edək ki, nikaha daxil olanlardan 1001 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə münasibətlərlərini rəsmiləşdiriblər.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































