Başlıqdakı sual ABŞ-ın Ohayo ştatının Kayaxora-Fols şəhərindəki orta məktəblərdən birində şagirdlərə ünvanlanıb.
Bu haqda "Washinqton Times" yazıb. Məktəblilərə sinif işi çərçivəsində verilmiş bu tapşırıq müsəlmanları, etnik azlıqları və müxtəlif sahələr üzrə hüquq müdafiəçilərini hiddətləndirib.
Şagirdlərə planetdə yaşamaq uğrunda mübarizənin gedəcəyi qlobal kataklizm, fəlakət situasiyasında 12 şərti adam arasından 8-ni sağ saxlamaq şərti ilə qalanlarını öldürmək seçimi verilib. Həmin 12 adam arasında 21 yaşlı müsəlman qız, 60 yaşlı yəhudi inanclı administrator, homoseksual idmançı, Latın Amerikasından olan və homoseksuallığı qəbul etməyən din xadimi, 12 yaşlı asiyalı yetim, Amerikanın köklü hindu əhalisindən olan və ingilis dilində bilməyən menecer qadın və s. var.
Tapşırığı yerinə yetirmək üçün cəmi 5 dəqiqə vaxt ayrılmış məktəblilər dalana dirəniblər. Hüquq müdafiəçiləri məsələni müvafiq dövlət orqanları qarşısında ciddi şəkildə qoymaq niyyətindədirlər. Çünki şagirdlərə belə tapşırıq verilməsini qəbuledilməz hesab edirlər. Moderator.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































