"Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfrans keçiriləcək.
Milli Televiziya və Radio Şurasından Axar.az-a verilən məlumata görə, konfrans 6 oktyabr tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.
Konfransda dilçi alimlərin, millət vəkillərinin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Kütləvi informasiya vasitələri konfransda iştirak etmək hüququna malikdirlər.
Konfransa prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Nizami Cəfərov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Muxtar İmanov, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu iştirak edəcəklər.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































