"Oxu Məni"ə müraciət edən yazarlar içərisində Özbəkistan vətəndaşı Zilaləbanu Xaliqova da yer almışdır.
Zilaləbanu Xaliqova 1987-ci il yanvarın 15-də Özbəkistanın Jizzah şəhərində sənətkarlar ailəsində doğulub. Zilaləbanunun 2012-ci ildə "Cövhərim var", 2016-cı ildə isə "Könülə yol..." adlı şeirlər kitabı çap olunub. 2014-cü ildə Özbəkistan Yazarlar Birliyi və Özbəknava tərəfindən düzənlənmiş "Sazımda Vətən vəsfi" (2016), "İstiklal övladlarıyıq" (2016), "Ana" (2015), "Həyat çeşmələri" kimi almanaxlarda şeirləri çap olunub. Həm də Hindistanda çap olunan XXI əsr dünya ədəbiyyatı almanaxında, bütün dünyadan seçilən şairlərlə birlikdə Özbəkistan şairləri arasında onun da şeirləri yer alıb. Hal-hazırda Zilaləbanu əfqan, tacik yazarlarıyla birlikdə yeni almanax hazırlayır. "Sakitlik məlikəsi" şeirlər kitabı yaxın günlərdə gün üzü görəcək. Zilaləbanu Taekvando üzrə Özbəkistan çempionu və qara kəmər sahibidir. 2004-cü ildən bəri Daşkənddə yaşayır.
KƏDƏR
Sevgi, niyə şikəst ayağın,
Vəfa, niyə xəstəsən belə?
Göyərmiş hər yerin zərbələrdən,
Ay bədən, niyə iflicsən belə?
Atılmış kimidir odun içinə,
Könül inləyir, ah deyə, biçarə.
Sevginin dalınca, hey çətinliklə,
Nəfəs alıram göz yaşlarımla.
Güclü külək kimi əsdi ömrümə,
Hisslərim əbədi zədəli qaldı.
Susuz qalmış qum zərrəsitək,
Torpaqlara qarışdım, beləcə səssiz.
Niyə bəzənmisən, niyə bu qədər?
Toyamı gəlmisən, yoxsa ki, bu gün?
Elə uzaqdakı qadın kimisən,
Dərdin bağrımı yaxır, kül edir.
Dərd balıncımdır, həsrət yorğanım,
Dörd divarım da dostlaşıb mənlə.
Yalnızlıq gecə də oyuncağımdır,
İndi o da mənə lazım deyildir!
Otururam fəlsəfə deyib,
Bu həyatın dərs otağında.
Yetər, ömürlük gedəcəyəm,
Ömər Xəyyam meyxanəsınə.
GECƏ KÖKSÜNDƏ
Sevirəm bu dəli küləyi belə,
Gecəyə aşıq olduğum doğru!
Qısqanmaqdan ölüb bitərəm bəlkə,
Süzsə gözlərini gözəl ayın...
Can atır, dalaşıb gözəllik,
Üzündə varmı ləkə gözəllik?
Soyuq baxar həddini aşıb.
Qarabağır üzünü gizlədir,
Örtünür göy yorğanına.
Səhərə qədər dəyərin bildirib,
Gözyaşı tökmək istəyəcəkdir.
Hava yumşaq, yağış qoxusu,
Burnumda yanır qoxuyur.
Dünyada nə varlıq varsa,
Deyəsən mən kimi sevgi istəyir?
BƏXT NƏDİR?
Bəxt nədir? - Məncə mənim varlığım,
And nədir? - Həyata sədaqətimdir.
Gözlərim söylər məsumluğumu,
Sözlərim bəxt üçün açıq məktubdur.
Mən kiməm? Özümə verirəm sual,
Allahın sevimli, göyçək bəndəsi.
Taleyim gah zəhər, gah da dadar bal,
Belə bir söz var, könül təsəllisi.
Gülüş bəs nədir? - Günəş işığı,
Səhər dağ dalından gülüb çıxacaq.
Ən uzaq yol nədir? Tale yolumu?
Axşama doğru sinavlar da itəcək.
Gözlərim danışar səssiz, səmirsiz,
Göz bəbəyim çox şeyi görən ağıllı.
Nə yaxşı, nə yaxşı varsız adamlar,
Yaxşılıqla dolub könlüm eyvanı.
Bəxt adlı duyğunu hiss eləməkçün,
Təmiz olmalıdır ruhun aləmi.
Mənim mən olduğumu anladır dünya,
Könül azadlığı budur, əzizim.
Həyat genişliyinə sarılıb yaşayıram,
Maral kimi gəzirəm çəmənlərində.
Uğur paltarından bərk yapışıram,
Uçuram arzularımın qanadlarında.
***
Ümidə doğru atsam bir addım,
Dərd əlimdən alar bayrağı.
Hətta əzmədən rahatlamır adam,
Yaşamaq istəyən kiçik yarpağı.
Payız kimi saraldı qəlbim,
Çığıracaq atəş bağrında.
Doğru çıxır şeirdəki falım,
Ümidim ağlayır könül dibində.
Mənə qalsa bədbəxt dünyanı,
Büküb yatızdırram ovcumda belə.
Özü kimi hiyləgər, kifirli,
Bədbəxt dərə qoynuna atsam.
Nə zaman yox olsa, bitsə dərdlərim,
Bəlkə ürəyim də olardı yüngül.
Sədaqətə düşməzdi toz da,
Bəlkə olardım onunla bacı-qardaş.
Bu gün bədənimi qurşamış,
Həyəcan deyil bu titrəmə.
Ağacların dalında qalan,
O ümidsiz kiçik bir yarpaq.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































