1 il əvvəl Marsda koloniya qurmaq istədiyini açıqlayan Elon Mask layihənin detalları barədə məlumat verib.
"SpaceX" şirkətinin sahibi olan Mask 2022-ci ilə qədər planetdə enerji, mədənçilik və digər vacib sistemlərin yerləşdirilməsi üçün iki kosmik gəminin göndəriləcəyini və 2024-cü ilə qədər isə insanları Marsa aparan ilk raketin yola düşəcəyini deyib. Marsa əvvəlcə 100 nəfər göndəriləcək, 40-100 il müddətində isə bu say 1 milyona çatacaq. Qırmızı planetdə yerləşmənin asanlaşması üçün isə Ayda baza qurulacaq və planet Marsa gedən gəmilərin yola düşmə mərkəzi olacaq.
Avstraliyanın Adelayde şəhərində keçirilən Beynəlxalq Kosmik Səyahət 2017 konfransında danışan Elon Mask həmçinin bildirib ki, Marsda sintetik yanacaq fabriki yaratmağı və Yerə qayıtmağı mümkün edəcək enerjini orada istehsal etməyi planlaşdırırlar.qaynarinfo
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





























.jpg)

.jpg)






















