Xəbər vermişdik ki, Ağsu rayonunda şəhid Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə təmir işəri başa çatdırılmadığı üçün məktəb binasının üstü açıq qalıb və yağışdan sonra dərs otaqlarına su dolub.
"Qafqazinfo" xəbər verir ki, rayonda daha bir məktəbdə də analoji hal qeydə alınıb.
Belə ki, şəhid Polad Mirzəyev adına 5 saylı tam orta məktəbdə də dərs ilinin başlamasına az qalmış başlanan təmir işləri vaxtında yekunlaşdırılmayıb. Bir neçə gündür havanın yağıntılı keçməsi səbəbindən otaqlar yararsız vəziyyətə düşüb, bəzi otaqlarda dəsr keçirilməsi dayandırılıb, şagirdlər evə göndərilib.
Məktəb rəhbərliyi yağışlar davam edərsə dərslərin ümumiyyətlə dayandırılacağı barədə məlumat verib.
Bəzi valideynlərin mövcud şəraitə görə uşaqlarını məktəbə göndərmək istəmədiyi bildirilir.
Qeyd edək ki, məktəbdə təmir işlərinə Təhsil Nazirliyinin göstərişi ilə 18 avqustda başlanıldığı bildirilir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





























.jpg)

.jpg)






















