Azərbaycan Yazıçılar Birliyi meyxanaçı Namiq Mənanın guya Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqda yayılan xəbərlərlə bağlı bəyanat yayıb.
Kult.az xəbər verir ki, bəyanatda xəbərlərin tamamilə əsassız olduğu bildirilib:
"Çörəklərini Yazıçılar Birliyinə qarşı təxribatlarla qazananlar Namiq Mənanın guya Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqqında verilən yalan xəbərləri, yalan məlumatları yaymaqla və bu barədə rəy sorğusu keçirmələriylə bağlı bir daha təkzib verməyə məcburuq. Nizamnaməyə uyğun olaraq, bölmə rəhbəri Yazıçılar Birliyinin katibliyində təsdiq olunur. Katiblik Namiq Mənanın bu vəzifəyə təyin olunması məsələsini müzakirə etməmiş və bu barədə heç bir qərar verməmişdir. Bu təyinatdan "hörmət qoxusu gəlir" deyənlər bizi öz arşınlarıyla ölçməsinlər və bir daha bizi iyləməsinlər".
Qeyd edək ki, son günlər meyxanaçı Namiq Mənanın Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqda xəbərlər yayılıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





























.jpg)

.jpg)






















