Xalq artistinin qızının toyu olmayacaq- “Faciə idi...”
10 Sentyabr 11:11
İrəvan Dövlət Azərbaycan Dram Teatrında kütləvi istefalar başlayıb.
Mediainfo.Az-ın Ölkə.Az-a istinadla məlumatına görə, bir neçə gün öncə teatrı daha üç nəfər tərk edib. Bunlar aktrisalar Ayşən Mirzəzadə vəMəryəm Qələndərova, aktyor Əhliman Ərşadlıdır.
Bildirilir ki, eyni gündə texniki heyətdən olan altı nəfər də işdən çıxmaq barədə ərizələrini direktor İftixar Piriyevə təqdim ediblər. Qeyd olunur ki, bu şəxslər son günlər teatr ətrafında yaranmış qalmaqala, direktorun işçilərə qarşı xoşagəlməz davranışlarına etiraz əlaməti olaraq kollektivdən ayrılıblar.