Xalq artistinin qızının toyu olmayacaq- “Faciə idi...”
10 Sentyabr 11:11
ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb. Baku.ws-un məlumatına görə, məsələ ilə bağlı "Bozbash Pictures"in aktyoru İlkin Həsəni bildirib ki, onda bu barədə məlumat yoxdur. Aktyorun sözlərinə görə, hansısa bir xəbər olsa rəsmi olaraq yayacaq.
Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlacağı bildirilir.
Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.