"Bakıya həmişəlik gəlməmişəm, yenidən Türkiyəyə qayıdıram".
Lent.az-ın məlumatına görə, bu sözləri illərdir Türkiyədə yaşayan müğənni İradə İbrahimova deyib.
O bildirib ki, birdəfəlik Azərbaycana köçməsi qeyri-mümkündür: "Məni Türkiyədə 6 göz, yəni 2 övladım və bir həyat yoldaşım gözləyir. Birdəfəlik Azərbaycana köçməyim mümkün deyil. Çünki yoldaşımın bütün işləri ordadı. Azərbaycana gəlib burada iş qurması çətin olar. Azərbaycana vaxt tapdıqca, iş olduqca gələcəm. Bura gəlməzdən bir həftə qabaq evdə söhbətlər başlayır. Həm də mən Türkiyədə özümü yad hiss etmirəm".
İ. İbrahimova Azərbaycana bir neçə günlük gəlməsinin səbəbini də açıqlayıb: "Yeni mahnılarımız var. Uzun aradan sonra bəstəkar Gövhər Həsənzadədən yeni mahnı oxuyacam. Ondan sonra gənc bəstəkar Fərid Kərimlidən 2 mahnı oxumuşam. Qəşəng mahnılardı. Bu mahnıların aranjimanı mənsiz oldu. Amma səs hissəsini oxumağım üçün Bakıya gəlməyim vacib idi. Bu dəfəki gəlişim sırf yaradıcılıq işlərimlə əlaqədar idi".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































