"Keşlə"nin futbolçularının "Neftçi"yə qarşı bilərəkdən oynamadıqlarına dair iddialarla bağlı yeni təfərrüat üzə çıxıb. Oktyabrın 25-də keçirilmiş Topaz Premyer Liqasının XIII turunun görüşünə mütəşəkkil qrup müxtəlif xarici bukmeyker kontorlarından fərqli kombinasiyalar üzrə (üst, qol-qol və "Neftçi"nin qələbəsi) 100 min dollar pul qoyuluşu edib.
İddia olunur ki, bunun üçün əvvəlcədən "Keşlə"nin 6 futbolçusunun hər birinə 5000 dollar ödənilib. Lakin həmin oyunçuların adları açıqlanmır. Artıq futboldan ömürlük uzaqlaşdırılan Nizami Hacıyevlə Mirhüseyn Seyidov "Keşlə"də yarımmüdafiəçi mövqeyində çıxış etdiklərindən, prosesə arxa xətt oyunçularının da cəlb olunduqları istisna deyil. Planın baş tutması qarşılığında mütəşəkkil qrup ən azı 400 min dollar qazanc əldə edib
"Keşlə" rəsmiləri isə məsələdən işi "düzüb-qoşan" şəxsin "lazım olsa, bütün komandanı alaram" sözlərini ağzından qaçırmasından sonra duyuq düşüb. Baş məşqçi Ramiz Məmmədov şəxsi təcrübəsinə əsaslanaraq, bilərəkdən oynamayan futbolçuları müəyyənləşdirib. Daha sonra o, mətbuat konfransında "bəzi futbolçular imkanlarından aşağı çıxış etdilər. Onların adlarını desək, bu, böyük partlayışa səbəb olar" açıqlamasını verib. Qeyd edək ki, "Neftçi"-"Keşlə" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.Sportnet.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























