Sabirabad rayonunda toy məclisində dava salan şəxs həbs edilib.
Teleqraf-ın xəbərinə görə, hadisə “Cavad” şadlıq sarayının qarşısında baş verib. 1992-ci il təvəllüdlü Asim Vəliyev orada ucadan səs-küy salıb, polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vəliyev bildirib ki, “Cavad” şadlıq sarayında qohum toy mərasimində iştirak edib: “Bir qədər spirtli içki qəbul etdim. Məclisin gedişində oyun havası üstündə tanımadığım Sabirabad rayon sakini ilə mübahisəm oldu. Səs-küy yarandığı üçün məni şadlıq evinin qarşısına çıxardılar. Orada olarkən polis əməkdaşları yaxınlaşaraq məni şöbəyə dəvət etdi. Sonra məni polis şöbəsinə gətirdilər”.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 8 gün müddətinə həbs edilib.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















