Bank fırıldaqçılığı və "çirkli pulların yuyulmasında" ittiham edilərək ABŞ-da həbs edilən iş adamı Rza Zərrabın məhkəməsi keçirilib.
Hakim qarşısına çıxan R.Zərrab ilk dəfə əməllərini etiraf edib.
O deyib ki, 2016-cı ilin martında tutularkən çox qorxduğu üçün ilk ifadəsində FBI-ya doğruları deməyib. İndi isə hər şeyi doğru danışacağına and içib.
R.Zərrab bildirib ki, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana 45-50 milyon avro rüşvət verib:
"İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla əlaqələrim olduğunu qəbul edirəm. İranın ABŞ-ın tətbiq etdiyi sanksiyalardan xilas olmaq üçün neft və qaz satışından əldə etdiyi gəlirləri ilə beynəlxalq ödəmələri həyata keçirdim. Bu işdən əldə etdiyim gəlirin 50 faizini isə keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana təklif etdim. Digər valyutalarla verdiklərimi saymıram. Təkcə avro ilə 45-50 milyon rüşvət vermişəm".

İş adamı deyib ki, Türkiyəyə ekstradisiya olunması üçün vəkillər tutub, lakin nəticə olmadığına görə əməllərini etiraf etməyə qərar verib:
"ABŞ hökuməti məni əfv etmək barədə söz verməyib. Cəzama hakim qərar verəcək".Qafqazinfo
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























