Rza Zərrab Nyu Yorkda həbsxanada qaldığı müddətdə nəzarətçilərə rüşvət verərək içəri içki, narkotik maddə, ərzaq gətirməyi bacarıb və qadın gətirməyə cəhd göstərib.
Axar.az xəbər verir ki, bu sözləri "Xalqbank"ın direktor müavini Məhməd Hakan Atillanın vəkili Viktor Rokko söyləyib. O bildirib ki, R.Zərrab Atilladan həbsdən qaçmaq üçün vasitə kimi istifadə etməyə çalışır.
Vəkil həmçinin Zərrabın türkiyəli siyasətçilərə milyonlarla dollar rüşvət verərək işini gördüyünü bildirib.
Xatırladaq ki, Zərrab bundan öncə haqqındakı bütün ittihamları qəbul edib.
Qeyd edək ki, əslən azərbaycanlı olan iş adamı Rza Zərrab ötən ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, bank fırıldaqçılığı, çirkli pulların yuyulması, İrana qarşı tətbiq edilən sanksiyaları pozmaq ittihamı ilə həbs olunub.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























