12 il həbs cəzası alan "Sahil-D" və "Real" MTK-ların sahibiİlham Qasımov ev dustaqlığına buraxıla bilər.
Mediainfo.az bildirir ki, bu barədə bakupost.az-a iş adamının əməllərindən zərər çəkən Səbinə Əlizadə adlı şəxs məlumat verib.
Onun sözlərinə görə, vətəndaşlara külli miqdarda ziyan vurmaqda təqsirili bilinən İ.Qasımovun dəmir barmaqlıqlar arasından çıxması üçün hazırlıq prosesinə başlanılıb: "İlham Qasımov bir müddət xəstəlik bəhanəsiylə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin hospitalında qalıb. Sonra onu cəzaçəkmə müəssisəsinə göndəriblər. Plana görə onu yenidən xəstəliyinin şiddətlənməsi bəhanəsi ilə Penitensiar Xidmətin hospitalına qaytaracaqlar. Burada da bir müddət qaldıqdan sonra məhkəməyə vəsatət verərək onun xəstəliyinin dözülməz olduğunu əsaslandırıb ev dustaqlığına buraxılmasına çalışacaqlar. Hətta qohum və yaxınları zərərçəkmişləri sakitləşdirmək üçün şayiə buraxıblar ki, İlham Qasımov evə buraxılan kimi hamının pullarını qaytaracaq..."
Qeyd edək ki, İlham Qasımov tanınmış iş adamı, milyonçu, şairGülağa Tənhanın şikayəti əsasında həbs olunub. Şikayətçi MTK rəhbərinin ona 12 milyon "atdığını" sübut edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il iş verilib. Sonradan Apellyasiya instansiyasında cəzası 12 ilə endirilib. Onu da bildirək ki, İlham Qasımov həbs olunmamışdan öncə Diaspor Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla yaranan pul davası və məhkəmə çəkişməsi ilə gündəmə gəlmişdi.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























