Avstriya hökuməti rusiyalı kriminal avtoritet Aslan Qaqiyevi (Canko) Rusiyaya ekstradisiya etməkdən imtina edib.
Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Kommersant" qəzeti yayıb. Kriminal avtoritetin ekstradisiyasından imtina edilməsinə səbəb kimi Cankonun aerofobiya (uçuş qorxusu) xəstəliyi göstərilib.
Maraqlıdır ki, Cankoda aerofobiya xəstəliyinin olması ilə bağlı məlumat rəsmi Vyanaya onun ekstradisiyasından bir neçə saat öncə verilib. Daha sonra isə vəkillər məhkəməyə müraciət edərək Rusiyanın onun təhlükəsizliyini təmin edə bilməyəcəyini bildiriblər.
Qeyd edək ki, Canko Vyanada 2015-ci ilin yanvarında həbs edilib.
Canko Rusiyada 60 nəfərin öldürülməsində və cinayətkar dəstə yaratmaqda ittiham edilir. O öz cinayətkar dəstəsini Şimali Osetiyada yaradıb. Bu dəstənin üzvlərinin böyük hissəsi 1992-ci ildə Gürcüstan-Cənubi Osetiya müharibəsinin iştirakçısı olub.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























