Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında hazırda cənub-qərb küləyi əsir: "Küləyin arabir güclənməsi müşahidə olunur. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dumanın gün ərzində davam edəcəyi, günün ikinci yarısında zəifləyəcəyi gözlənilir".
Dumanın səbəbinə gəlincə mütəxəssis bildirib ki, bir neçə gündür dənizdən hərəkət edən cənub-şərq küləyinin üstünlüyü duman qatının əmələ gəlməsinə səbəb olub: "Hazırda havanın temperaturu 8 dərəcədir. Gün ərzində havanın temperaturunun 7-11 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































