Konyanın Seydişehir rayonunda yaşayan 80 yaşlı qadın Gülsüm A., təqaüdünü almağa getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olub.
Azerbaycanpolisi.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, onların arasında yaranan dostluq zamanla sevgiyə çevrilib.
Belə ki, bir gün Gülsüm A. xəstəxanaya gedəcəyini deyərək evdən çıxır, amma axşama qədər qayıtmadığı üçün ailəsi narahat olur və axtarışa başlayır. Onun xəstəxanaya getmədiyi məlum olduqdan sonra vəziyyət jandarmaya bildirilir.
Günlərlə davam edən axtarışlardan sonra Gülsüm A.-nın Kazım Y. ilə birlikdə olduğu müəyyən edilir.
Jandarma qrupları tərəfindən dindirilmə zamanı Gülsüm A.-nın öz istəyi ilə Kazım Y. ilə birlikdə olduğu və onunla evlənmək istədiyi öyrənilir.
Ailəsi əvvəlcə şoka düşsə də, onun sağ-salamat qayıtmasının ən böyük təsəlli olduqlarını bildirirlər.
Məlumata görə, oğlu Əhməd A. hadisələri eşidəndə infarkt keçirib. Ailə bildirib ki, baş verən hər şeydən sonra cütlüyün rəsmi olaraq evlənərək birlikdə xoşbəxt bir həyat sürəcəyinə ümid edirlər.
Azerbaycanpolisi.az
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
























































