Şirvan şəhərində üç polis əməkdaşı daxili işlər orqanlarından xaric ediliblər.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis əməkdaşları barəsində Şirvan şəhər sakini, keçmiş məhkum Anar Həsənovun ifadəsi əsasında araşdırma başlayıb.
Məlum olub ki, baş leytenant Əvəz İmanov, kapitan Orman İmanov və polis serjantı Rauf Nərimanovun narkoticarətlə məşğul olan A.Həsənovla işbirliyi olub. Adıçəkilən hüquq-mühafizə xidməti işçiləri həbs olunan zamanı A.Həsənova "himayədarlıq" etmədikləri üçün o, "qisas" almaq məqsədi ilə əlindəki sübutları polisə təqdim edib.
Səs yazıları və görüntülər əsasında polisləri istintaqa cəlb ediliblər. Narkotacirlə işbirlikləri sübuta yetirilən hər üç polis əməkdaşı vəzifələrindən azad ediliblər.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































