Məşhur idman geyim markası "Quiksilver"in baş icraçı direktoru Pier Aqnes Atlantik okeanında itkin düşüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, tək başına "Mascaret 3" adlı qayıqla yola çıxan 54 yaşlı Aqnesin tapılması üçün 4 dəniz nəqliyyat vasitəsi və 2 helikopterlə axtarış-xilasetmə tədbirlərinə start verilib.
O, səyahətə başlayandan bir müddət sonra duman səbəbilə gec qayıdacağı barədə xəbərdarlıq göndərib.
Fransa külək sörfinqi üzrə milli komandanın sabiq üzvü olan Pier Aqnes 1998-ci ildə işə başladığı "Quiksilver"in 2005-ci ildə Avropa üzrə, 2014-cü ildə isə dünya üzrə baş icraçı direktoru seçilib. O, hazırda tərkibində başda "Quiksilver" olmaqla, "Roxy" və "DC Shoes"un daxil olduğu "Boardriders Inc" şirkətinin rəhbəridir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























