ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərindən çox da uzaqda olmayan Nyuport Biç şəhərində Robinson R44 helikopteri havaya qalxdıqdan az sonra evə çırpılıb.
Azadinform xarici mətbuata istinadən xəbər verir ki, yaşayış evinə çırpılan helikopterdə 4 nəfər ekipaj üzvü olub.
Məlumatlara görə, qəza nəticəsində 3 nəfər həlak olub, ciddi xəsarətlər alan daha 2 nəfər isə xəstəxanaya çatdırılıb.
Bildirilib ki, helikopter evin yataq otağına çırpıldığı zaman ev sahibləri mətbəxdə olublar. Ev sahibi Marian Maykls isə zəlzələ baş verdiyini düşünüb.