Paytaxtın Sabunçu rayonunun "Şuşa şəhərciyi", "Savalan", "Daş karxanası" yaşayış massivlərində, həmçinin Maştağa qəsəbəsinin bir neçə yerində atmosfer yağıntılarının təsirindən qurunt sularının səviyyəsinin qalxması və su basması müşahidə olunur.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri Qaynarinfo.az-a verdiyi açıqlamada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O, həmin ərazilərdə mərkəzləşmiş drenaj şəbəkəsinin olmaması və mövsümü yağışlar səbəbəbindən belə problemlərin yarandığını bildirib.
R. Həsənov həmçinin əlavə edib ki, Bakının digər yerlərində də sürüşmə aktivləşib:
"Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeronun "Nübar" qəsəbəsində (El arasında "At yalı" adlanan yaşayış sahəsi) sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir. Zığda 2 il öncə sürüşmə zonasında olan evlər siyahıya alınıb. Orada da proses daimidir. Hətəm Allahverdiyev, Xanlar, İdris Süleymanov küçələri boyunca prosesin dinamikasında aktivlik var. O ki qaldı həmin ərazilərdən əhalinin köçürülməsinə, bu, bizim səlahiyyətimiz daxilində deyil, biz sadəcə ərazidə baş verən geoloji prosesləri öyrənirik".
Bayıldakı son vəziyyət barədə də məlumat verən qurum rəsmisi tədqiqat işlərinin davam etdirildiyini qeyd edib:
"Bayılda son günlər prosesin aktivləşməsi istiqamətində elə də ciddi bir dəyişiklik yoxdur. Bizim tərəfimizdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyəti dövlət qurumları tərəfindən ərazidə tədqiqat işləri aparılır. Hazırda biz yamacı yuxarısında qazıntı işləri görürük. Buruq qazıntı işlərindən sonra müəyyən rəy hazırlanacaq və müvafiq qurumlara təqdim olunacaq. Ondan sonra aidiyyəti qurumlar bununla bağlı tədbirlər görəcəklər".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































