Sabah Bakıda şaxtalı hava gözlənilir

Sabah Bakıda şaxtalı hava gözlənilir

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az