Bişkekdə sutka ərzində iki nəfər donaraq ölüb

Bişkekdə sutka ərzində iki nəfər donaraq ölüb

Qırğızıstanda anomal soyuqlar davam edir. Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ötən gecə havanın həddindən artıq soyuması ilə əlaqədar Təcili tibb mərkəzinin əməkdaşları tərəfindən Qırğızıstan paytaxtındakı xəstəxanalara 12 nəfər gətirilib. 2 nəfər isə donaraq öldüyündən onların həyatını xilas etmək mümkün olmayıb.

Sinoptiklərin məlumatına görə, yanvarın 29-nə keçən gecə Bişkekdə temperatur mənfi 26 dərəcəyə yüksəlib. Respublikanın dağlıq rayonlarında isə hazırda 40-45 dərəcə şaxta hökm sürür. Buna paralel olaraq yanvarın 26-da Bişkeki istiliklə təmin edən İstilik-Elektrik stansiyasında baş verən qəza nəticəsində 30 mindən artıq evə istilik verilmir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az