“Bayıl yamacında çökmə prosesi gedir”

“Bayıl yamacında çökmə prosesi gedir”

"Hazırda Bayıl yamacında tərəfimizdən geofiziki kəşfiyyat işləri aparılır, sürüşmənin baş vermə səbəbləri araşdırılır. Bir növ ərazidə aidiyyəti qurumlar tərəfindən görüləcək işlər üçün geoloji əsas hazırlanır".

Mediainfo.az-ın verdiyi məlumata görə, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə sahəsində quraşdırılmış üfüqi mayaklarda çatlar əmələ gəlib və ərazidə çökmə-oturma prosesi gedir.

Ekspedisiya rəisi qeyd edib ki, elektrik kəşfiyyat üsulundan (ŞEZ) istifadə edilməklə, prosesin hansı dərinlikdə getdiyini öyrənmək üçün işlər həyata keçirilir.

Qeyd edək ki, Teleqüllə sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az