"Bakı-2015" Birinci Avropa Oyunlarında taekvondoçuların yarışı davam edir.
Apa-nın məlumatına görə, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək. 49 kq çəkidə Azərbaycan yığmasının üzvü Patimat Abakarova il görüşündə rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşıb. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı olan idmançı 7:1 hesabı ilə qalib gəlib.
O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinalda o, serbiyalı Tiyana Boqdanoçivlə gücünü yoxlayacaq. Döyüş saat 17:00-da başlayacaq.
Kişilərdə 58 kq çəkidə Azərbaycanı təmsil edən Məhəmməd Məmmədov ilk görüşündə israilli Gili Haimovitslə qarşılaşıb. Avropa çempionu olan Məhəmməd Məhəmmədov 7:4 hesabı ilə qalib gəlib. 1/4 finalda isə ispaniyalı Xesus Tortosa Qabreraya 8:3 hesabı ilə uduzub.
Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























