Bu gün "Bakı-2015" Birinci Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.
"Apasport.az" saytının məlumatına görə, yarışın son günündə daha 4 dəst medalın sahibi bilinəcək.
53 kq çəkidə Azərbaycanı təmsil edən Anjela Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda rumıniyalı Natalya Budunu 7:2 hesabı ilə udub.
O, finalda polşalı Roksana Zasinə ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş saat 19:14-də başlayacaq.
58 kq çəkidə Azərbaycan təmsilçisi İrina Netraba yarışa Karola Raynero (İtaliya) ilə qarşılaşıb və hesabda 2 dəfə geri düşməsinə baxmayaraq, yekunda qələbə qazanıb - 8:4. O, 1/4 finalda Mimi Xristova (Bolqarıstan) ilə güləşib və 6:4 qalib gəlib. Yarımfinalda isə macarıstanlı Emese Barkana 2:5 hesabı ilə uduzub.
Buna baxmayaraq, İrina medal uğrunda çıxışını davam etdirəcək. O, saat 19:27-də norveçli Qrase Bullinlə güləşəcək.
63 kq çəkidə yığmamızın üzvü Elmira Qəmbərova birinci görüşünü Henna Yohanssona (İsveç) qarşı keçirib. 21 yaşlı idmançımız startdaca məğlub olub.
75 kq çəkidə də Azərbaycan təmsilçisi Gözəl Zutova ilk cəhddə məğlubiyyətlə üzləşib, Oksana Vaşçuka (Ukrayna) 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, qadın güləş yığmamızın heyətində bir gün öncə Mariya Stadnik (48 kq) qızıl, Natalya Sinişin (55 kq) bürünc medal qazanıb.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































