Azərbaycanlı idmançı vəfat etdi

Azərbaycanlı idmançı vəfat etdi

Sərbəst güləş və sambo üzrə idman ustası, Azərbaycanın əməkdar məşqçi Oqtay Hüseynov 69 yaşında dünyasını dəyişib.

Tanınmış idman mütəxəssislərindən biri olan Oqtay Qulam oğlu Hüseynov 1946-cı il iyul ayının 23-də Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitutunun güləşmə və onun metodikası fakültəsini bitirən O.Hüseynov hələ tələbəlik illərindən əvvəl sərbəst güləş üzrə Respublika Olimpiya İdman Liseyində məşqçi-müəllim kimi çalışıb. Mərhum idman mütəxəssisi ömrünün sonuna qədər həmin idman ocağında fəaliyyət göstərib.

Qeyd edək ki, O.Hüseynov 1991-ci ildən FİLA referisi kimi Sidney və Atlanta Olimpiya oyunlarının, 14 dəfə dünya çempionatının, 22 beynəlxalq turnirin hakimi olub, 1998-ci ildə isə güləş idman növündə ən yüksək sayılan "E" kateqoriyasını alıb.

Bütün bu uğurların məntiqi nəticəsi olaraq O.Hüseynov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən idmanın inkişafındakı xidmətlərinə görə, Azərbaycanının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 2002-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. 2001-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olub. (report)

Allah rəhmət eləsin!

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az