Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiya Komitəsinin sədr müavini Hasan Arat bəyan edib ki, II Avropa Oyunları Türkiyədə keçirilə bilər.
O, Avropa Olimpiya Komitəsinin də bu məsələyə müsbət baxacağına ümidvar olduğunu bildirib: "Tək İstanbul deyil, Mərsin və Antalyada da hazır təsisatlarımız var. Türkiyə istəsə, Avropa oyunlarını ən aşağı maliyyə ilə həyata keçirə bilər. Lakin son qərar siyasətçilərindir".
Bakıda Avropa oyunlarının ən mükəmməl şəkildə təşkil olunduğunu deyən Hasan Arat bu oyunların illər keçdikcə daha böyük önəm kəsb edəcəyinə inandığını bildirib.
Qeyd edək ki, 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının Hollandiyada keçirilməsi nəzərdə tutulsa da, "Zanbaqlar ölkəsi" bir müddət əvvəl bundan imtina edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























