I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, Bakı 2-ci dairəvi yolunda "Jumeirah Beach" otelinin yaxınlığındakı dairədən "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.
Məlumata görə, 17 iyun tarixində saat 11:30-dan 15:30-dək "Jumeirah Beach" otelinin yaxınlığındakı dairədən - "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
18 iyunda isə 05:30-dan 20:40-dək "Jumeirah Beach" otelinin yaxınlığındakı dairədən "Bilgəh Estates"in qərb hissəsində 1-ci geri döngəyədək, saat 06:30-dan 18:40-dək "Bilgəh Estates"in qərb hissəsində 1-ci geri döngədən "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qeyd olunan tarixdə sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:
- Bilgəh istiqamətində hərəkət edən sürücülər "Jumeirah Beach" otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər.
- "Bilgəh Estates"dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər.
- Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























