Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) Bakı-2015 I Avropa Oyunlarının açılışı ərəfəsində Kiyevdə beynəlxalq idman yarışına həsr olunmuş avtoyürüş təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, üzərində Bakı 2105 Avropa Oyunlarının rəmzi əks olunan, Azərbaycan və Ukrayna bayraqları asılmış avtomobil karvanı Kiyevin bütün mərkəzi küçələri ilə hərəkət edib.
Bundan başqa, UABD Bakı 2015 I Avropa Oyunlarının təbliğat kampaniyası çərçivəsində təşkilatın təşəbbüsü və dəstəyi ilə "Bakı, gözlə bizi" adlı videoçarx hazırlanaraq sosial şəbəkələrdə yayılıb. Videoçarxda Ukraynanın qadın güləşçiləri Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeirini doğma dilimizdə səsləndiriblər.
"Bakı 2015" I Avropa Oyunlarının təbliği məqsədilə Kiyevin mərkəzi küçələrində təxminən 2000 ədəd broşür paylanılıb. Təşkilatın gənc fəalları şəhərin Müstəqillik meydanında insanları Avropa Oyunları barədə məlumatlandırıblar. Bundan əlavə, "Maydan"da Bakı 2015-ə həsr edilmiş plakatlar asılıb, Azərbaycan və Ukrayna bayraqları dalğalandırılıb.
UABD-nin sədri Hikmət Cavadov Avropa Oyunları ilə əlaqədar Ukrayna gənclər və idman nazirinin müavini Nikolay Movçan, Ukrayna Milli Olimpiya Komitəsinin vitse-prezidenti Valeri Borzov, Birinci Avropa Oyunlarında Ukrayna missiyasının rəhbəri Anna Skorina ilə görüşlər keçirib. Görüşlərdə ukraynalı idmançıların Bakıya səfəri və Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib. UABD ukraynalı idmançılara dəstək məqsədilə fan-klub yaradıb, azarkeşlər 1000 ədəd Ukrayna bayrağı ilə təmin olunub.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































