Braziliyalı ulduz futbolçu artıq Türkiyənin "Antalyaspor" klubu ilə razılığa gəlib.
Braziliyanın ulduz futbolçusu Ronaldinyo Türkiyə çempionatında top qovacaq. ANS-in məlumatına görə, Ronaldinyo artıq Türkiyənin "Antalyaspor" klubu ilə razılığa gəlib. Türkiyənin "fotomaç" qəzeti bildirir ki, Ronaldinyo artıq bütün məsələlərdə klubla razılaşıb və ayın 17-si müqavilə imzalamaq üçün Türkiyəyə gələcək.
Meksikanın "Quereatro" klubundan ayrılan Ronini bundan əvvəl Türkiyənin köklü klublarından olan "Beşiktaş" da heyətinə qatmaq istəyirdi. Ancaq son anda futbolçunun meneceri və qardaşı olan Roberto Assis fikrindən daşınmışdı.
Qeyd edək ki, futbolçunun transferində Antalya böyükşəhər bələdiyyəsi sədri Menderes Türel də xüsusi rol oynacaq. Türel futbolçunun transferi ilə bağlı maddi köməklik göstəriləcəyini söyləyib. Bununla da "Antalyaspor"un yeni meydançasına superstar gətirmək xülyası gerçəkləşmiş olacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























