İtaliyanın "Askanews" xəbər saytında "Azərbaycan Avropa Oyunlarına hazırdır" sərlövhəli məqalə və reportaj yerləşdirilib.
Diqqətə çatdırılır ki, Azərbaycanın paytaxtı Bakı Avropa Oyunlarının başlanmasına tam hazırdır. Köhnə qitənin bu yarışları Olimpiya Oyunları səviyyəsində təşkil olunur.
Yazıda "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də yer alıb: "Azərbaycan çox dinamik bir ölkədir. Adətən bu miqyasda idman yarışlarının hazırlanması üçün uzun illər lazım olur. Azərbaycan cəmi 30 ay ərzində bunun öhdəsindən gələ bildi. Əminəm ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə hədəfimizə nail olacağıq. Şübhəsiz, bu tədbir indiyədək keçirilmiş ən önəmli idman tədbirlərindən biridir".
Məqalədə "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı da ətraflı məlumat verilir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























